Qazaxda 22 yaşlı qadın intihar etdi.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Aşağı Salahlı kəndində qeydə alınıb. 2001-ci il təvəllüdlü Aytən Mehdiyeva yaşadığı evdə özünü asıb. Onun meyti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb. 22 yaşlı qadının hansı səbəbdən intihar etməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov