Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində baş verən yanğın söndürülüb.

"Unikal" xəbər verir ki, yanğın kollecin ümumi sahəsi 500 kv/m-lik hissəsində baş verib.

Yanğın baş verən hissədə kollecin mətbəxti və idman zalı yerləşib.

Yanğın gecə saat 00:16-da tam söndürülüb.

Yanğın nəticəsində binanın dam örtüyünün 450-kv/m-lik sahəsinin yanar konstruksiyaları, idman zalına yığılmış yeni invertarın bir hissəsi qismən yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

xxx

04.08.2023

23:23

Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində yanğın başlayıb.

"Unikal" xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.