Şamaxı-İsmayıllı yolunda qəza baş verib.

"Unikal"ın məlumatına görə, hadisə avtomobil yolunun döngələrindən birində qeydə alınıb. Belə ki, "VAZ 2106" markalı avtomobil "Hyundai" markalı avtomobillə toqquşub. Xoşbəxtlikdən xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.