Siyəzən rayonunda avqustun 4-ü axşam saatlarında dağlıq ərazidə başlayan yanğın söndürülüb.

"Unikal" xəbər verir ki, rayonun Zarat kəndinin yaxınlığında başlayan və daha sonra Xızı rayonu ərazisinə keçən yanğın tamamilə söndürülüb.

Mürəkkəb relyefli dağlıq ərazidə başlayan yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Siyəzən və Xızı rayonlarının Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğının başvermə səbəbləri araşdırılır.