29 yaşlı kişi dənizdə batıb.

"Unikal" lent.az-a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhər Xəzər bağları adlanan ərazinin çimərlik hissəsində  baş verib.

Şəhər sakini Mehman Qəhrəman oğlu Cabbarov dənizdə çimərkən boğulub.
Meyit Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırılma aparılır.