Şəkidə minik avtomobili aşıb, xəsarət alanlar var.
"Unikal" xəbər verir ki , hadisə rayonun Baş Küngüt kəndinə gedən yolda girişundə baş verib. Şəki rayon sakininin idarə etdiyi “Opel-Astra” markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq maşın yolun kənarına aşıb.
Qəza zamanı avtomobildə olan sərnişinlərdən iki nəfər rayonun Baş Küngüt kənd sakinləri 1998-ci il təvəllüdlü Elşən Ramazan oğlu Hacıəhmədov və 1998-ci il təvəllüdlü Aqil Əyyub oğlu Əhmədov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Seymur Əli