Zaqatalada bir yaşlı uşağın əli ətçəkən maşında qalıb.
"Unikal"
xəbər verir ki , hadisə axşam saatlarında rayonun Əliabad qəsəbəsində baş verib. 
Qəsəbə sakini 25.02.2022-ci il təvəllüdlü Ayxan Kazım oğlu Vəliyevin sağ əli ətçəkən maşınında qalıb. Körpənin əlini ətçəkən maşınından çıxarmaq üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin  Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasedicilərdən ibarət qrupu cəlb edilib. Xilasedicilər tərəfindən körpənin əli ətçəkən maşından çıxarılaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasının həkim briqadasına aidiyyəti üzrə təhvil verilib. 
Hazırda A. Vəliyevin əli üzərində cərrahiyyə əməliyyatı aparılır. 
Faktla bağlı araşdırma aparılır.

Seymur Əli