Şəmkirdə minik maşını aşıb.

"Unikal" xəbər verir ki, hadisə rayonun Çənlibel kəndində qeydə alınıb. Hərəkətdə olan " VAZ 21015" markalı minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə maşın yoldan çıxaraq işıq dirəyinə çırpılıb, daha sonra aşıb. Qəza zamanı 16 yaşlı Elmir İbrahimov hadisə yerində ölüb, sürücü Ramil Quliyev isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov