Bu gün Lənkəran şəhəri, Sütəmurdov kəndi yaxınlığında dənizdə batan daha 1 nəfərin meyiti çıxarılıb.
"Unikal" xəbər verir ki, meyiti çıxarılan şəxs yeniyetmə qızdır.
Dənizdən meyiti çıxarılmış digər şəxs isə Lənkəran rayonunun Separadi kənd sakini Məmmədzadə Ramin Tahir oğludur.
18:31
Lənkəranda daha bir nəfər dənizdə batıb.
"Unikal" xəbər verir ki, bu gün dənizdə batan 4 nəfərdən 3-ü xilas edilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, onlardan biri həyatını itirib.
Digər bir nəfərin axtarışları davam edir.
16:45
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Lənkəran şəhəri, Sütəmurdov kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.
"Unikal" xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.