Abşeron rayonunda Bakı-Şamaxı avtomobil yolunun 2-ci kilometrliyində yol kənarında 1 ha sahədə quru ot və kol-kos yanıb.

"Unikal" xəbər verir ki, ətraf ərazilər və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Bundan başqa, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsi yaxınlığında açıq ərazidə 200 m² sahədə mazut qalıqları və məişət tullantıları yanıb. Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.