Şəkidə üç minik avtomobilinin iştirakı ilə zəncirvari yol qəzası olub, xəsarət alanlar var.

"Unikal" xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Şəki rayonu Oraban kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkədə olan “Mercedes”, “KIA” və “Cherry” markalı avtomobillər toqquşub.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri və Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım Xidmətinin həkim briqadası cəlb edilib.

Qəza zamanı 1965-ci il təvəllüdlü Tahirə Ataş qızı Atakişiyeva, 1969-cu il təvəllüdlü Sevinc Zakir qızı Sərdarlı və 1993-cü il təvəllüdlü Nərmin Bakir qızı Yusifova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər üç şəxs Şəki RMX-a yerləşdiriliblər.

Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli