Zaqatalada 44 yaşlı kişi özünü ağacdan asaraq intihar edib.

"Unikal" xəbər verir ki. hadisə saat 15 radələrində rayonun Uzuntala kəndində baş verib.

Kənd sakini 1979-cu il təvəllüdlü Ramil Kamil oğlu Rəcəbov meyiti yaşadığı evin həyətyanı sahəsindəki ağacdan aslı vəziyyətdə aşkar edilib. İlkin araşdırma zamanı R.Rəcəbovun intihar etdiyi məlum olub.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.