Bakıda 17 yaşlı oğlan itkin düşüb.

"Unikal" xəbər verir ki, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Azay İbrahimov dənizə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.