Gəncədə tikinti şirkətinə məxsus avtomobil qəza zamanı aşıb.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Fətulla Həsənov küçəsində qeydə alınıb. Gəncədə Körpü-Tikinti şirkətinə məxsus olan 20-AA-432 "Suzuki" markalı avtomobil "VAZ 2107" markalı avtomobillə toqquşub.
Zərbənin təsirindən "VAZ" markalı avtomobilin sürücüsü xəsarət alıb, tikinti şirkətinə məxsus avtomobil isə aşıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Tural Əhmədov