Oğuz rayonunda Qəbələ sakininin meyiti tapılıb.

"Unikal" xəbər verir ki, Oğuz rayon Dəymədərə kəndi ərazisində poçt məntəqəsinin arxasından Qəbələ rayon sakini, 1963-cü il təvəllüdlü Məmməd Robel oğlu İbrahimovun meyiti tapılıb.

Məlumata görə, 60 yaşlı Məmməd İbrahimov Dəymədərə kəndində müvəqqəti yaşayıb. O, tüfeyli həyat tərzi sürürmüş.

Seymur Əli