İsrail Ukraynaya bir neçə ton dərman göndərəcək. 

"Unikal" lenta.ru-ya istinadən xəbər verir ki,  bu  barədə İsrailin Ukraynadakı səfiri Mixail Brodski "X" sosial şəbəkəsində yazıb. 

Diplomat hansı həcmdə yardımdan danışdığını dəqiqləşdirməyib. Onun sözlərinə görə, bu qərar Ukrayna və İsrailin səhiyyə nazirləri Viktor Lyaşko və Naxman Eş arasında onlayn danışıqlar zamanı verilib. 

Gülayə Mecid