Şəmkirdə işçiləri daşıyan mikroavtobus qəzaya düşüb, xəsarət alanlar var.
"Unikal"ın məlumatına görə, hadisə Şəmkirin Kür qəsəbəsindən keçən yolda qeydə alınıb.
Hərəkətdə olan "Qazel" markalı mikroavtobus yola çıxan mal-qara səbəbindən idarəetməni itirib. Qəza zamanı 6 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Qeyd edək ki, qəzaya düşən miktoavtobusda olanlar istixana işçiləri olub.
Fuad Əhmədov