Moskva üçüncü tərəfin Minskə hücumunu Rusiya ilə münaqişə kimi qəbul edəcək.

"Unikal" xəbər verir ki, bunu Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov deyib.

“Rusiya prezidenti Vladimir Vladimiroviç Putin açıq şəkildə bildirdi ki, İttifaq dövləti çərçivəsində Belarus ərazisinə hücum olarsa, biz bunu Rusiyaya hücum hesab edəcəyik. Rusiya Federasiyasının hərbi doktrinası bu halda bütün mümkün silahlarımızla cavab verməyi nəzərdə tutur”, o Belarusun STV telekanalına müsahibəsində bildirib.

Bundan əvvəl Polşanın Müdafiə Nazirliyi Suwalki dəhlizinin gücləndirilməsi barədə məlumat vermişdi. Polşa müdafiə departamentinin rəhbəri Mariuş Blaşçak bildirib ki, Varşava Belarusla sərhəddə hərbi mövcudluğunu da artırıb.