Avropa İttifaqının azərbaycanlı iş adamı Fərhad Əhmədova qarşı sanksiyaları yaxın vaxtlarda ləğv oluna bilər. 

"Unikal" xəbər verir ki, bu barədə Amerikanın "OilPrice" nəşri məlumat dərc edib. 

Rusiyanın ən varlı iş adamları siyahısında yer alan Fərhad Əhmədov 2022-ci ilin aprelində Avropa İttifaqının sanksiyalar paketinə onun "Kremlə yaxın olması" əsası ilə daxil edilib. 

Məlum olub ki, 2017-ci ildən Əhmədovun portfelində artıq Rusiya səhmləri yoxdur. Onun Rusiyada artıq cüzi biznesi qalıb. O, sanksiya siyahısına daxil edildikdən sonra, Rusiyada uzun müddət dövlət vəzifəsində çalışmadığını və ölkənin ali rəhbərliyi ilə heç bir əlaqəsinin olmadığını əsas gətirərək sanksiyaların ləğvi üçün Avropa Məhkəməsinə müraciət edib. Nəşr bildirir ki, milyarderin sanksiyaların ləğvi üçün məhkəmədə qalib gəlmək şansı çox yüksəkdir.

Qeyd edək ki, F.Əhmədovun missiyası Azərbaycanda tam ifşa olunub. Onun həm də "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə səs yazısı yayılmışdı. O, səs yazısında Rusiya lideri Vladimir Putini tənqid etmişdi. 

Fərhad Əhmədov kimdir? 

Oxu.az - Fərhad Əhmədov həbs edilməsi barədə iddialara aydınlıq gətirdi -  YENİLƏNİB + VİDEO

Fərhad Teymur oğlu Əhmədov 1955-ci ildə Göyçay rayonunda anadan olub. Onun atası Teymur Əhmədov uzun müddət yüksək dövlət vəzifələrində çalışıb. Sonuncu iş yeri Göyçay rayon konservləşdirilmiş tomat və alma şirələri istehsalı zavodunun direktoru vəzifəsi olub. Karyerasının pik həddində milyarderin atası iqtisadi cinayətlərdə ittiham olunaraq həbs edilir. Məhkəmə əmlakı müsadirə olunmaqla onu güllələnməyə məhkum edir və hökm icra edilir. Fərhad Əhmədovun böyük qardaşlarından biri partiyadan, digəri isə institutdan qovulur. Atasını itirən Fərhad Əhmədov məktəbi ataraq 1970-ci ildə Moskvaya yola düşür...

Moskvada baytarlıq təhsili alan milyarder, sonradan neft tədarükünə keçib. O, həm də 2006-cı ildə Azərbaycanda ilk konserv zavodunu alaraq AZNAR şirkətini təsis etmişdi. 

Nə qədər qəribə olsa da, həyat yoldaşı onu qoyub qaçır və ardınca varidatının çoxuna sahib olmaq istəyir. Britaniya məhkəməsinin qərarına əsasən, azərbaycanlı oliqarx keçmiş həyat yoldaşına təxminən 600 milyon dollar təzminat ödəməlidir. Rusiyada boşanma prosesi Tatyana Əhmədovanın xəyanəti etiraf etməsindən sonra baş tutub. Tatyana bildirib ki, dəfələrlə gənc oğlanlarla (xüsusilə oğlunun dostu ilə) ərinə xəyanət edib.

Ağarza Elçinoğlu