Göyçay rayonunun Xəlitli kəndində yanğın olub.

"Unikal" FHN-in saytına istinadən xəbər verir ki, "Беларус" markalı traktorun qoşqusunun yanar konstruksiyaları və içərisinə yığılan 3 ton ot bağlaması yanıb. Traktor yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.