Qaxda kişini ilan sancıb.

"Unikal" xəbər verir ki, hadisə rayonun Əmbərçay kəndində baş verib. 1987-ci il təvəllüdlü Nəbi Abdullayev fındıq yığarkən ilan onun sol ayağından sancıb.

36 yaşlı N. Abdullayev Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilan zəhəri əleyhinə zərdab vurulub.

Seymur Əli