Bakıda yol qəzası olub.

Bu barədə “Unikal”a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, hadisə Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində qeydə alınıb.

Yol-nəqliyyat hadisəsi səbəbindən hazırda metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaşanır.

Sıxlığın aradan qaldırılması məqsədilə əraziyə yol polisi əməkdaşları cəlb olunub.