Ələt-Astara avtomobil yolunda qəza olub.

"Unikal" apa-ya istinadən xəbər verir ki, qəza Ələt-Astara magistralının 112–ci kilometrliyində, Cəlilabad rayonu ərazisində qeydə alınıb.
Hadisə nəticəsində bir nəfərin öldüyü, bir nəfərin xəsarət aldığı bildirilir. Yaralı rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.