Kəlbəcərdə minik maşını dərəyə aşıb.

"Unikal"ın məlumatına görə, hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun Ömər aşırımı adlanan hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Mitsubishi" markalı minik avtomobili idarəetmənədən çıxaraq dərəyə aşıb. Qəza zamanı Türkiyə vətəndaşları 1977-ci il təvvəllüdlü İ.Cörgülüoğlu,1995-ci il təvəllüdlü S.Çelik hadisə yerində ölüblər. Xəsarət alan isə 1993-cü il təvəllüdlü M.Okumuşdur.

Qeyd edək ki, dərəyə aşan avtomobil  Kəlbəcərdə fəlayyət göstərən şirkətlərdən birinə məxsusdur.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov