Azərbaycan çempionu "Araz-Naxçıvan" bu gün futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsində son oyununu keçirib
"Unikal" xəbər verir ki, komanda meydan sahibi "Riqa" ilə qarşılaşıb və 3:8 hesabı ilə uduzub. Bununla da, komanda qrupu 2-ci pillədə başa vurub. "Riqa" isə 1-ci olub.
Səkkiz qrupun qalibləri və ikincilər arasında ən yaxşı komanda növbəti mərhələyə yüksəlir. 2-ci pillədə yer alanlar sırasında Bolqarıstanın “Amiqo Severozapad” klubu 7 xalla Azərbaycan təmsilçisindən irəlidə olduğu üçün "Araz-Naxçıvan" qrupda qalıb.