PSJ-nin müdafiəçisi Lukas Ernandes məşq zamanı İspaniya "Barselona"sını təhqir edib.
"Unikal" xəbər verir ki, bu barədə sport.es məlumat yayıb. Məşq zamanı Kilian Mbappe bu yay kluba qoşulan Usman Dembeledən soruşub: "Sən “Barselona”dan gəlmisən, niyə oxumursan?"
Həmin vaxt Hernandes dialoqa müdaxilə edib və deyib: "Zibil yığını olan komanda sənə oxumağı necə öyrədə bilər?"
Xatırladaq ki, 27 yaşlı Ernandes ötən ay PSJ-yə keçib və klubla 2028-ci ilə qədər müqavilə imzalayıb.