Növbəti üç ildə azı 120 uşağın himayədar ailəyə verilməsi nəzərdə tutulub.
"Unikal" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi Azərbaycanda sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün dövlət proqramında qeyd olunub.
Sənəddə bu müddət ərzində 220 uşağın stasionar müəssisələrdən ailələrinə qaytarılması və 250 uşağın stasionar müəssisələrə düşməsinin qarşısının alınması yer alıb.