Fiqurlu konkisürmə üzrə Rusiya çempionu, 16 yaşlı Alina Qorbaçova Moskvada itkin düşüb.

“Unikal” Rusiya mediasına istinadən xəbər verir ki, dünən o, Çkalov Arenasında məşqdən çıxıb və ən yaxın parka tərəf gedib.

Alinanın parka getdiyi müşahidə kameralarına düşüb. Daha sonra ondan xəbər almaq mümkün olmayıb. İdmançının axtarışlarına başlanılıb. 

Nuranə Abbasova