İspaniya La Liqasının 3-cü həftəsində "Atletiko Madrid" səfərdə "Rayo Valyekano"nun qonağı olub.
"Unikal" xəbər verir ki, Türkiyənin milli futbolçusu Çağlar Söyüncünün çıxış etdiyi "Atletiko Madrid" oyunda 7:0 hesabı ilə qalib gəlib.
2-ci dəqiqədə Antoni Qrizmann, 16-cı dəqiqədə Memfis Depay, 36-cı dəqiqədə Nahuel Molina, 73 və 84-cü dəqiqədə Alvaro Morata, 79-cu dəqiqədə Anxel Korrea və 86-cı dəqiqədə Markos Llorente qələbə qazandıran qolları vurub.