Azərbaycan millisinin futbolçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” komandasından ayrıla bilər.
"Unikal" xəbər verir ki, bu barədə klubun idman direktoru Bernt Haas bildirib.
O, 24 yaşlı hücumçu ilə digər variantları nəzərdən keçirdiklərini qeyd edib.
Qeyd edək ki, 2022-ci ildən “Qrasshopper”də çıxış edən R.Dadaşovun klubla 2024-cü ilin yayına qədər müqaviləsi var.