Sentyabrın 2-si saat 16:00-dan 16:10-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələri bölmələrinin Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.
Müdafiə Nazirliyindən "Unikal"a verilən məlumatda bildirilir ki, Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik.