Hindistanın şərqindəki Odişa ştatında ildırım çaxması nəticəsində azı 12 nəfər ölüb.

"Unikal" xəbər verir ki, bu barədə "The Times of India" yazıb. 

Məlumata görə, təbiət hadisəsi zamanı 14 nəfər yaralanıb.

Bildirilib ki, 2 saat ərzində ştatda ən azı 61 min ildırım çaxması qeydə alınıb. 

Rəsmi məlumatlara görə, 2022-ci ildə Hindistanda ildırım vurması nəticəsində 907 nəfər həlak olub.

Ağarza Elçinoğlu