İrəvanın Şenqavit rayon məhkəməsinin üzərində Kolumbiya bayrağı qaldırılıb. 

 "Unikal" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. 

"Yaşasın Venesuela və ya sabah gələcək başqa bir respublika", - deyə erməni siyasətçi Tiqran Petrosyan da feysbuk səhifəsində yazıb. 

Qeyd edək ki, Ermənistan bayrağı tərs şəkildə Kolumbiya bayrağına oxşayır. Venesuela bayrağını isə tərs çevrilmiş Ermənistan bayrağından ulduzlarının olması fərqləndirir. 

Ağarza Elçinoğlu