İrəvan meriyasının İnformasiya Departamentinin keçmiş rəhbəri Hovsep Kubatyanı parkda oturduğu üçün polis bölməsinə aparıblar.

"Unikal" xəbər  verir ki, o, üzləşdiyi anormal hal ilə bağlı "Facebook" səhifəsində yazıb:

“Çiçernakaberd parkında oturduğuma görə məni Malatya polis bölməsinə apardılar. Ortada heç bir hüquqi iddia, heç bir səbəb yoxdur”.