Ədliyyə Nazirliyi “Ümid” Partiyasının yenidən təqdim etdiyi üzvlük siyahılarını yoxlayıb.
"Unikal" xəbər verir ki, bu barədə partiyanın yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, Nazirlik siyahıları təsdiq edib və partiyanı dövlət qeydiyyatına alıb.
Bundan əvvəl İqbal Ağazadənin rəhbərlik etdiyi partiyanın Ədliyyə Nazirliyinə təqdim etdiyi üzvlük siyahılarında çatışmazlıqlar aşkar edilmişdi.
Qeyd edək ki, ötən gün Ağ Partiya, Vətəndaş Həmrəyliyi Partiyası və Haqq və Ədalət Partiyası da qeydiyyata alınıb.