Cənubi Amerika ölkəsi olan Venesuelada narkotik satıcıları arasında müharibə getdikcə artır.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  200 kiloqram kokain kartelini soymağa cəhd edən narkobaron Reinaldo Fuentes dəstənin digər üzvləri tərəfindən vəhşicəsinə öldürülüb.

Belə ki, 68 yaşlı narkobaron dəstə üzvləri tərəfindən dənizə atılıb. Qətl cib telefonu kamerası ilə anbaan qeydə alınıb. Fuentesin oğurlamağa çalışdığı kokainin qiymətinin 8 milyon olduğu bildirilir.  

Gülayə Mecid