"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardi cəmi 3 ədəd istehsal edilən "Rolls-Royce Boat Tail"in sahiblərindən biri olub.

"Unikal" xəbər verir ki, bu "əvəzsiz" avtomobilin qiymətinin 26 milyon avro olduğu təxmin edilir. Rolls Royce tarixində ən çox satılan avtomobillərdən biri olan Phantom əsasında hazırlanmış Boat Tail 600 at gücünə və 6,7 litrlik V12 mühərrikinə malikdir.
Tək bir avtomobilin istehsalı təxminən 1 il çəkir. 
GQ jurnalı yazıb ki, bu avtomobilin digər iki sahibi Jay-Z və çox böyük avtomobil kolleksiyası olan adı açıqlanmayan iş adamıdır. Bose səs sisteminə malik avtomobilin əlcək hissəsində hətta əl istehsalı Montblanc qələmi var. Kabrioletin baqajında ​​avtomatik açılan iki tabureli teleskopik stol var. Stolun üstündə gümüş və çini qablar var. Maşında iki soyuducu da var.