Ticarət məlumatlarına əsasən, Londonun ICE birjasında “Brent” markalı neftin 2023-cü ilin noyabr ayı üçün fyuçers müqaviləsinin qiyməti 2022-ci il noyabrın 17-dən bəri ilk dəfə bir barel üçün 91 dolları ötüb.
"Unikal" xəbər verir ki, Bakı vaxtı ilə saat 19:40-a olan birja məlumatına əsasən, “Brent” markalı neftin qiyməti 2,26% artaraq 91,01 dollar/barelə çatıb.
Eyni zamanda, WTI markalı xam neftin oktyabr fyuçersləri də 2,28% bahalaşaraq bir barel üçün 87,88 dollar olub.