İqtisadiyyat naziri Mikayıl Cabbarov İnvestisiyaların və Kreditlərin İxracının Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) baş icraçı direktoru Usama Kaysi ilə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə naazir "X" sosial şəbəkəsindəki səhifəsində məlumat paylaşıb.
"İnvestisiyaların və Kreditlərin İxracının Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) baş icraçı direktoru Usama Kaysi ilə ölkəmizin ICIEC-ə üzvlüyü və ikitərəfli əməkdaşlıq çərçivəsində gündəlikdə olan məsələləri nəzərdən keçirdik", nazir bildirib.
O qeyd edib ki, ticarətin və investisiyaların təşviqi, biznes mühiti üçün sığorta alətlərinin təqdim edilməsi, birgə layihələrin reallaşdırılması müzakirə olunub.