“Neftçi”nin bir müddətdir davam etdirdiyi hücumçu axtarışı, nəhayət, müsbət həllini tapıb.
"Unikal" xəbər verir ki, bu, transfer pəncərəsinin bağlanmasına bir neçə saat qalmış reallaşıb. Argentinalı Lukas Melano ilə rəsmi müqavilə bağlanıb.
30 yaşlı forvard yaxın günlərdə Bakıya gələrək tibbi baxışdan keçəcək. Daha sonra müqavilənin detalları haqqında ətraflı məlumat paylaşılacaq.