Myanmanın keçmiş baş naziri , Nobel mükafatı laureatı, 78 yaşlı Aunq San Suu Kyi yenidən həbs edilib.

"Unikal" xəbər verir ki, bu barədə yerli Irrawaddy portalı məlumat yayıb .

"Aunq San Suu Kyi yenidən həbs edilib və səhhəti pisləşib", - bəyanatda deyilir

Siyasətçinin həmkarları həbsxanaya köçürülməsi ilə əlaqədar onun diş əti və diş xəstəlikləri, həmçinin halsızlıq və ürəkbulanma inkişaf etdirdiyini bildiriblər. Onun həkimə getməsinə icazə verilməyib.

Avqustun 1-də Myanmanın Dövlət İnzibati Şurasının ölkənin keçmiş dövlət müşaviri Aunq San Suu Kyi əfv etdiyi barədə məlumat yayılıb .

2022-ci ilin sentyabrında Myanma Hərbi Məhkəməsi Aung San Suu Kyi-ni seçki saxtakarlığı ittihamı ilə üç il müddətinə azadlıqdan məhrum edib .

Myanmanın demokratik rəhbərliyi 2021-ci il fevralın 1-də hərbi çevrilişlə devrilib. Səbəb hərbçilərin elan etdiyi 2020-ci ilin noyabrında keçirilən seçkilərdə iddia edilən irimiqyaslı saxtakarlıq olub.