Ağcabədi rayon sakini olan qadın “TikTok” sosial şəbəkəsində "hədiyyə" istəməyə məcbur edilir.
“Unikal” xəbər verir ki, bununla bağlı prodüser Tarix Əliyev (Tolik) məlumat yayıb. Onun sözlərinə görə, qadının qızının həyat yoldaşı narkotik istifadəçisidir və o, qayınanasını canlı yayımda izləyicilərdən “hədiyyə” istəməyə məcbur edir.
Məlumata görə, əqli qüsuru olan qadın “virtual dilənçilik”lə yanaşı, 15 yaşlı qızı tərəfindən real həyatda da dilənməyə məcbur edilir.