Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel Gürcüstana səfərə gəlib.

"Unikal" xəbər verir ki, ali nümayəndənin Tbilisiyə səfəri çərçivəsində Gürcüstanın Avrointeqrasiya yolu, həmçinin daha geniş xarici siyasət və regional məsələlərə dair fikir mübadiləsi aparılıcaq.Borrel səfər çərçivəsində Prezident Salome Zurabişvili tərəfindən qəbul ediləcək. O, həmçinin Baş nazir İrakli Qaribaşvili ilə də görüşəcək və tərəflər görüşdən sonra mətbuata birgə bəyanatla çıxış edəcəklər.

Səfər sentyabrın 8-dək davam edəcək.