Kiberdələduzlar tərəfindən sosial şəbəkələrdə ”Azərpoçt” adından “Azerpost” adlı saxta səhifə yaradılaraq sahibsiz qalan mal tərkibli bağlamaların 5.50 AZN məbləğində satış çıxarıldığı bildirilir.
Bu barədə "Unikal"a MMC-dən məlumat verilib.
"“Azərpoçt” vətəndaşlara belə vədlərə etimad etməməyi, qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda – 169 Çağrı Mərkəzi və rəsmi sosial şəbəkə hesablarından məlumatı dəqiqləşdirməyi tövsiyə edir", - məlumatda deyilir.