Bu gün axşam saatlarında Qax rayonu ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunub.

"Unikal" xəbər verir ki, şəhər ərazisinə təqribən 5-7 dəqiqə davam edən dolu düşüb. Güclü külək nəticəsində  şəhər ərazisindən keçən kanal daşıb və avtomobil yolunu su basıb.  

Qeyri-sabit hava şəraiti nəticəsində rayon ərazisinə elektrik enerjisinin verilişi dayandırılıb.

Hazırda Qax rayonunda güclü leysan yağışı davam edir.

Seymur Əli