Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində Türkiyə millisi Ermənistan yığmasını qəbul edib.

"Unikal" xəbər verir ki, matçın başlamasından əvvəl hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Əskişəhərdə keçirilən matçda yerli azarkeşlər Ermənistan himnini fitə basıb. Fit səsindən rəqib komandanın himni eşidilməyib.

Qeyd edək ki, komandalar arasında İrəvanda keçirilən oyunda ermənilər Türkiyə himnini fitə basmışdı.