Belçikada keçirilən qaçış üzrə Brilyant Liqasında yeni dünya rekordu müəyyənləşib.
"Unikal" xəbər verir ki, 22 yaşlı norveçli atlet Yakob İnqebrigtsen 2000 metr məsafəyə qaçışda yeni dünya rekorduna imza atıb.
İngebrigtsen bu məsafəni 4 dəqiqə 43,13 saniyəyə qət edib.
O, 1500 metr məsafəyə qaçışda Olimpiya çempionu və 5000 metr məsafəyə qaçışda ikiqat dünya çempionudur.
Həmçinin atlet dördqat Avropa çempionudur.
Bundan əvvəlki dünya rekordu 1999-cu ildə 4 dəqiqə 44,79 saniyə ilə mərakeşli atlet Hişam əl Qerruja məxsus olub.