Neymar Braziliya millisinin heyətində rəsmi oyunlarda vurulan qolların sayına görə Pelenin rekordunu geridə qoyub.
"Unikal" xəbər verir ki, dünya çempionatının seçmə mərhələsinin ilk turunda Boliviya yığmasının qapısına iki qol vuran Neymar millidə qollarının sayını 79-a çatdırıb. Pele millinin heyətində milli komandalara qarşı rəsmi oyunlarda 77 qol vurub.
Boliviya yığmasını 5:1 hesabı ilə məğlub edən Braziliya yığması turnir cədvəlinə başçılıq edir.
Ağarza Elçinoğlu