İstanbul şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək (U-17) futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyununda Türkiyənin müvafiq yaş qrupundan ibarət komandasına qalib gəlib.
"Unikal" xəbər verir, ki, qarşılaşma təmsilçimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
U-17-nin qollarını 81-ci dəqiqədə Ümid Səlimov, 89-cu dəqiqədə isə Emin Feyzullayev vurub. Bu komandalar arasında növbəti görüş sentyabrın 12-də baş tutacaq.