Almaniyanın xarici işlər naziri Annalena Barbok Kiyevə gözlənilməz səfər edib. 

"Unikal" xəbər verir ki, bu barədə Almaniyanın DPA agentliyi məlumat yayıb.

Bu, Almaniya XİN rəhbərinin son 6 ay ərzində Ukraynaya dördüncü səfəridir. Diplomat Polşadan gecə qatarı ilə Ukrayna paytaxtına çatıb. Onu stansiyada Almaniya səfiri Martin Yager qarşılayıb.

Kiyevə gəldikdən sonra nazir Almaniyanın Ukraynaya iqtisadi, humanitar və hərbi baxımdan daha çox dəstək vermək niyyətini açıqlayıb. Berbok həmçinin Ukrayna hakimiyyətinə respublikada korrupsiyaya qarşı mübarizəyə yönəlmiş islahatların vacibliyini xatırladıb.

Ağarza Elçinoğlu